“BakuBus”da Daxili Audit Xidməti yaradılır
Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
“Minval.info” xəbər verir ki,bu barədə “Report”a Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, MŞ-nın sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri ilə yanaşı şirkətin rəhbər şəxsləri iştirak ediblər.
İclasda “BakuBus”da Daxili Audit Xidmətinin yaradılması, Cəmiyyətin təşkilati strukturunun yenilənməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib, Cəmiyyətin maliyyə dayanıqlığının təmin edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək digər tədbirlərlə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, MŞ ölkə prezidentinin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu