Bakıya uçmaqdan qorxan əfsanəvi məşqçi vəfat edib
Slovakiyanın əfsanəvi futbolçusu və məşqçisi Yozef Adamets vəfat edib.
“Report”un məlumatına görə, tanınmış mütəxəssis 76 yaşında Trnava şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Çexoslovakiya yığmasındakı çıxışı ilə məşhurlaşan veteran hücumçu təyyardən qorxması ilə də ad çıxarıb.
Bildirilir ki, Y.Adamets Slovakiya yığmasına rəhbərlik etdiyi 1999 – 2002-ci illərdə Mərkəzi Amerikada keçirilmiş turnirə uçmaqdan imtina edib. O, 2000-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyununa gələn zaman 5 saatlıq uçuş boyu təyyarənin tavanına baxaraq, dua edib.
Qeyd edək ki, 9 oktyabr 1999-cu ildə Bakıda baş tutmuş Azərbaycan – Slovakiya oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?