Bakının yollarından birində hərəkət bərpa olunur
Ziya Bünyadov prospekti, kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.
Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.
Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti-Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsilə nizamlanacaq.
Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!
Bakıda uşaq poliklinikasında qeydiyyat problemi aradan qalxdı
Bakıda xüsusi zolağa girənlərə 100 manat cərimə
Elektrik enerjisi ixracı: Daxildə niyə bahadır?
33 rayonda müasir kəsim məntəqələri qurulacaq
Bakıda taksi qiymətləri uçur: Sərnişinlər narazı!