18.09.2026 - 20:52
Ölkə 15 baxış

Bakıda uşaq poliklinikasında qeydiyyat problemi aradan qalxdı

Bakıda yerləşən 20 nömrəli uşaq poliklinikasının qeydiyyat şöbəsində yaranan problem vətəndaşların narazılığına səbəb olub. Səhər saatlarında qeydiyyat şöbəsində yarım saatdan artıq gözləmələrinə baxmayaraq, növbə irəliləmir. Vətəndaşlar bildirir ki, onlardan öndə beş nəfər olmasına və qeydiyyat üçün altı pəncərənin fəaliyyət göstərməsinə baxmayaraq, heç bir pəncərədə vətəndaşların qeydiyyata alınması mümkün olmayıb.

Minval.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) fakt təsdiqlənib. Bildirilir ki, 20 nömrəli uşaq poliklinikasında qeydiyyat prosesində baş verən müvəqqəti ləngimə ilə bağlı problem aradan qaldırılıb və hazırda hər hansı çətinlik müşahidə olunmur. Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: