Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
Şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır.
“Minval.info” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:
“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”.
Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:
“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.
Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 7 may
Misir Mərdanov deputat olmaq istəyir
Gündüzlər mərkəzi yollarda işıqlar niyə söndürülmür? - “Azərişıq”dan cavab
“Allahşükür məscidi”nin açılışı oldu
Ağsuda başlanan yanğın Şamaxıya çatır
Bakıda güclü YANĞIN: xəsarət alan var