Bakının bu rayonlarında qaz olmayacaq — SİYAHI

Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Minval.İnfo-ya verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının,eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlandı
Gələn ay nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə - SİYAHI
Təhsil şöbəsinin müdiri işdən çıxarıldı - FOTO
Deputat: Dilənçilər Bakının gözəlliyinə xələl gətirir
"Location"da bütün idarəetmə Rəsulda olub"
Bakıda dizel yanacağı ilə işləyən avtobuslardan imtina olunacaq