Bakıdakı ticarət mərkəzlərindən birindən oğurluq
Bakının Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağından pul və mobil telefon oğurlayan şəxslər saxlanılıb.
Minval.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 5-də Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağından Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb.
Əlahiddə Çevik Polis Alayının və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunan Sadiq Yusifov və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
