Bakıdakı finalda VAR olacaq
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında VAR (Video Assistant Referee) sistemindən istifadə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, mayın 29-da Bakıda keçiriləcək finalda ilk dəfə VAR sisteminə müraciət ediləcək. Bu isə o deməkdir ki, bu, Azərbaycanda VAR sistemindən istifadə olunan ilk matç kimi tarixə düşəcək.
Həmçinin, UEFA Hakimlər Komitəsinin italiyalı sədri Roberto Rozetti Çempionlar Liqası üçün VAR sistemi hakimlərini hazırlaşdırır. Bildiyiniz kimi, gələn həftədən etibarən Çempionlar Liqası həyəcanı yenidən başlayır və “play-off” mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq.
Bu sistem bu il Portuqaliyanın Portu və Qimaraynş şəhərlərində keçiriləcək Millətlər Liqasının Dördlər finalında, eləcə də, İtaliya və San-Marinoda baş tutacaq 19 yaşadək millilərin Avropa çempionatında da hakimlərin köməyinə çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Erkən sevinc qapıçıya baha başa gəlib - VİDEO
Qurban Qurbanov: "Həddindən artıq istəkli olmalıyıq" - FOTO
ABŞ-da futbolçu məişət zorakılığına görə klubdan uzaqlaşdırıldı
“Real”da ciddi itki…
AFFA məşqçini cəzalandırdı
Ronaldo "Mançester Yunayted"in formasını geyindi - FOTO