Bakıdakı bu prospektə tətbiq edilən məhdudiyyət davam edir

Qara Qarayev prospektindəki ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir.
Bakı Nəqliyyat Agentliyindən Minval.İnfo-ya verilən məlumata əsasən, qurum tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir.
Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Günay Orucova ordenlə təltif etdi
Bu yollarda tıxac var
Bürclər - 30 iyun
“Dövlət şirkətləri özəlləşdirilməlidir” - Deputat
Bu saqqız zəhərləyə bilər – Bakıda satılır (Foto)