Bakıda yuxulu sürücü görün nə etdi - HADİSƏ ANI (VİDEO)
Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.
Minval.info avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində (“Kukla teatrı”nın yanı) hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.
Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı