Bakıda xəstənin qızı baş həkimi döydü, digərinin başına...
Paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən “Loğman” klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb.
Minval.info “Report”a istinadən xəbər verir ki, nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avtobus gənc oğlanı vurub öldürdü
Beyləqan sakinini elektrik cərəyanı vuraraq öldürüb
Gəncədə 33 yaşlı kişi intihar edib
Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib - FOTO
"YouTube"un baş ofisində atışma: Yaralılar var - Video (Yenilənib)
Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO
İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı