Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - HADİSƏ ANI - VİDEO
İki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.
Hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.
Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən “Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Piyadanın ölümünə səbəb olan R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Criminal.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı