Bakıda Türkiyəyə dəstək aksiyası - "Dollar" yandırıldı (VİDEO)
ABŞ-ın Türkiyəyə istiqamətli sanksiya qərarına bir reaksiya da Azərbaycandan gəldi.
Azərbaycanın paytaxtı Bakıda, ABŞ-ın Türkiyəyə qarşı etdiyi sanksiyalara etiraz edilib.
Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin önünə toplanıb. ABŞ-ın tətbiq etdiyi sanksiyaları lənətləyən kütlə, “Yaşasın Türkiyə, yaşasın Ərdoğan”, “rədd olsun dollar” “Türkiyə-Azərbaycan” şüarları səsləndirib.
Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dünyanın ən güclü dövlətlərindən birinə çevrildiyini vurğulayan aksiya iştirakçısı Məhərrəm İsmayılov bunları söyləyib: “Bu gün Türkiyənin yanında Azərbaycan, Pakistan, Qətər və orta Asiya ölkələri qardaş kimi dayanırlar. ABŞ, 15 İyul zərbəsini etmək istədi, edə bilmədi. İndi də maliyyə böhranı yaratmaq istəyirlər”.
Azərbaycan xalqının ürəyinin hər zaman Türkiyə ilə birlikdə döyündüyünü bildirən İsmayılov sözlərinə belə davam edib: “Biz həqiqətən bir millət, iki dövlətik. Türkiyənin kədəri bizimdir. Türkiyənin yanında olmaq bizə qürur verir”.
Daha sonra dəstək aksiyasının iştirakçıları üzərinə dollar həkk olunmuş kağızları yandıraraq etirazlarını nümayiş etdirib.
https://youtu.be/VqRmZiCbf3E
baku.ws
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir