Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Bakının Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yaranan tıxac problemini aradan qaldırmaq üçün araşdırmalar aparıblar. Bu kəsişmədə xüsusilə pik saatlarda nəqliyyatın hərəkəti çətinləşirdi.
Minval.info xəbər verir ki, nəqliyyatın daha nizamlı və piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni işıqforlar quraşdırılıb. Bu işıqforlar 7 ədəd “A” və “L” tipli dirəklər üzərində yerləşdirilib və artıq hərəkət iştirakçılarının istifadəsindədir.
Bu tədbirlər sürücü və piyadaların təhlükəsizliyini artırmaq məqsədini daşıyır və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı