Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Sabirabadda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” adlı Ümumrespublika Yarışının regional turu keçirilib. Yarış Sabirabad Elektrik Şəbəkəsi (EŞ) üzrə təşkil edilib və açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Minval.info xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək, bu maarifləndirmə proqramının əhəmiyyətindən bəhs edib. O, Ümumrespublika Yarışının təşkili ilə peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra yarışın birinci mərhələsi başlayıb. Bu mərhələdə “Hacıqabul EŞ”, “Kürqırağı ŞS”, “Neftçala EŞ”, “Saatlı EŞ”, “Sabirabad EŞ”, “Salyan EŞ” və “Şirvan EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar 20 açıq tipli sualı cavablandırıblar.
İkinci mərhələdə isə energetiklər praktiki tapşırıqları yerinə yetirərək peşə bacarıqlarını nümayiş etdiriblər. Hər iki mərhələnin nəticələrinə əsasən “Salyan EŞ” komandası regional turun qalibi olaraq Ümumrespublika Yarışının Hadrutda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin müxtəlif regionlarında maarifləndirici tədbirlər və yarışlar təşkil etməklə əməkdaşlarının peşə bilik və bacarıqlarını artırır. Bu tədbirlər təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə davam etdiriləcək.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı