Netanyahu BMT-də çıxışı zamanı tənqidlərə qarşı müdafiə etdi
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında, ona qarşı tənqidlərə cavab verərək, İsrailin hərbi fəaliyyətini müdafiə edib. Netanyahu, beynəlxalq ictimaiyyət tərəfindən ona qarşı irəli sürülən ittihamlara sərt cavablar verib.
Minval.info xəbər verir ki, Netanyahu çıxışında İsraili müstəmləkəçilikdə ittiham edən ölkələri, xüsusilə Britaniya və Fransanı tənqid edib. “Allah xatirinə, bu termini onlar icad ediblər,” deyə vurğulayıb.
Netanyahu, eyni zamanda, işğal olunmuş Qərb Sahilində yəhudi məskunlaşanlarının zorakılığının media tərəfindən yanlış təqdim edildiyini iddia edib. Lakin BMT-nin dərc etdiyi rəqəmlərə görə, bu il məskunlaşanlar tərəfindən 23 fələstinli öldürülüb.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Netanyahu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “zülmkar” adlandıraraq, onu Fələstin silahlı qruplaşması Həmasa dəstək verməkdə ittiham edib. Ərdoğan isə BMT-dəki çıxışında Qəzza və Qərb Sahilindəki ədalətsizliklərin insanlığın vicdanını dərin şəkildə incitdiyini bildirmişdi.
Türkiyə prezidentinin kommunikasiya direktoru Burhanəddin Duran, Anadolu agentliyinə açıqlamasında Netanyahunun Türkiyə və Ərdoğana qarşı “əsassız ittihamlar” irəli sürməsini BMT-nin “sülh, qanun və dialoq ideallarına” uyğun olmadığını bildirib.
Netanyahu həmçinin, Nyu-Yorkun solçu meri Zohran Mamdanini tənqid edib. Mamdaninin ofisi isə Netanyahunun çıxışını “əsassız yalanlar” adlandırıb.
ƏLAQƏLİ
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq