25.09.2026 - 12:28
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Ölkə 8 baxış

Sabah Bakıda 27 dərəcə isti gözlənilir

Sentyabrın 26-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bunu Milli Hidrometeorologiya Xidməti açıqlayıb.

Minval.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və yağış gözlənilmir. Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə saatlarında 18-21° isti, gündüz isə 24-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Ölkənin digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə gündüz saatlarında qısamüddətli yağışlar, leysanlar və şimşək çaxması ehtimalı var. Dağlıq yerlərdə gecə və səhər saatlarında duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: