NATO baş katibi Ruttedən Avropa üçün ABŞ olmadan hərəkət etmə çağırışı
NATO-nun baş katibi Mark Rutte Avropanın Yaxın Şərqdə hərbi əməliyyatlar üçün ABŞ-dan asılı olduğunu etiraf edib. O, “Bloomberg”ə verdiyi müsahibədə, Avropanın bu bölgədə müstəqil hərəkət etmək üçün kifayət qədər imkanlara malik olmadığını bildirib.
Minval.info xəbər verir ki, Ruttənin sözlərinə görə, regionda hərbi müdaxilə ehtiyacı yaranarsa, Avropa ölkələrinin Vaşinqtonun dəstəyini gözləmədən hərəkət etməsi vacibdir. Lakin hazırkı vəziyyətdə Avropa ölkələrinin bu cür imkanları yoxdur.
NATO baş katibi qeyd edib ki, Berlin divarının süqutundan sonra Avropa müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltmışdı. O, müttəfiqləri hərbi büdcələri artırmağa və müdafiə sənayesini gücləndirməyə çağırıb.
Rutte həmçinin Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin yalnız ABŞ-ın məsuliyyəti olmadığını vurğulayıb. O, Avropanın mina təmizləmə sahəsində üstün imkanlara malik olduğunu və bu imkanların regionda istifadə edilə biləcəyini qeyd edib.
Rutte, NATO-nun Rusiyanın potensial addımlarına qarşı hazırladığı variantların da mövcud olduğunu açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi