Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
Bu gün Bakının Yasamal rayonunda və Xəzər rayonunun Zirə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik şəbəkəsində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən Transformator Məntəqəsində təmir işləri zamanı Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev, Ümid Əkbərov küçələri, Hüseyn Cavid prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisi kəsiləcək.
Zirə Enerji Təchizatı və Satışı İdarəsinin xidmətində olan 6 kV-luq hava xəttində profilaktik tədbirlər həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Dübəndi bağları yaşayış massivində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir işləri tamamlandıqdan sonra həmin ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı