Bakıda təkər alverilə məşğul olanlar aksiya keçirdi - VİDEO
Azərbaycanda işlənmiş şinlərin ticarətilə məşğul olan sahibkarlar etiraz aksiyası keçirib.
Minval.info xəbər verir ki, onlar Prezident Aparatının qarşısında toplanıblar. Aksiya iştirakçıları gömrük rüsumu ilə bağlı narazılıqlarını bildirmək məqsədilə bir araya gəliblər.
“Gömrük rüsumu 3 dəfədən çox qalxıb. 15-16 manat ödədiyimiz halda, bu qiymət 45-46 manata bərabər olub” – etiraz edənlərdən biri belə deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı konkret söz deyən yoxdur:
“Bizi göndərirlər Nazirlər Kabinetinə, oradan Dövlət Gömrük Komitəsinə. Belə ortada qalmışıq.”
Xatırladaq ki, bu sahədə fəaliyyət göstərən bir qrup şəxs bundan öncə Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq rüsumla bağlı yeni qərara etirazını bildirib.
Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.
Minval.info
ƏLAQƏLİ
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ayın son günlərində geomaqnit qasırğası gözlənilir
Sabahın hava proqnozu açıqlandı: yağışlı və dəyişkən hava gözlənilir
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır