Bakıda sürücü piyada keçidində insanları vurdu - Dəhşətli görüntülər (+16) - VİDEO
Bakıda dəhşətli piyadavurma hadisəsi baş verib.
Hadisənin görüntülərini DİN-in təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Videodan belə aydın olur ki, digər nəqliyyat vasitələri piyada keçidindən yolu keçən piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirir.
Nəticədə keçiddən keçən bir neçə sərnişini vurur. Onlardan iki qadın daha ağır zərbəyə tuş gəldiyi üçün biri yerindəcə keçinib. Digər qadın isə hadisə yerində olan şəxslər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Videodan o da aydın olur ki, yüksək sürətlə hərəkət edən avtomobil hətta yol ayrıcında keçdikdən sonra “BakuBus” avtobusuna çırpılaraq dayanıb. Hadisə ilə bağlı araşdırmalar gedir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ümid edirik ki, bu video digər sürücülərə ibrət olacaq. Piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmağı unutmayacaq. Hadisənin maraqlı tərəfi odur ki, keçiddən bir yox bir neçə piyada eyni vaxtda keçir. Ola bilməz ki, sürücü bunlardan hansısa birini görməsin. Belə fikir yaranır ki, sürücü sükan arxasında ya içkili, ya diqqəti yayınıb, keçə biləcəyini zənn edərək sürəti artırıb.
avtosfer.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı