Bakıda sürücü maşını piyadaların üstünə sürdü - Ölən və yaralananlar var
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, qəza səhər saatlarında Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.
Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Səhiyyə Nazirliyindən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər “Mercedes” markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur.
Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı