Bakıda şok cinayət: Kişi hamının yanında öldürüldü, qatil tapılmır - Təfərrüat
Minval.info // Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan “Qafqazifo”ya verilən məlumata görə, mayın 24-ü Binəqədi rayonunda yaşayan 1959-cu il təvəllüdlü Şamil Xələfov bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxu.az-ın verdiyi xəbərə görə, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq ilkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirildiyini görmədiyini bildirib. O, atasının xırıltı səslərinə oyandığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.
Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çıxmasına dair məlumat yoxdur.
İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı MÜRACİƏT
Bakıya yağış yağdı, küçələri yenə su basdı - VİDEO
Ermənistan hərbiləşməyə görə birinci yerə çıxdı – Ölkədə HƏYƏCAN SİQNALI
"Gətirdiyi şalvar heç bir ayağıma girmədi" - Hədiyyəsinə lağ etdi
Plastik su qablarını təkrar istifadə edəndə... - XƏBƏRDARLIQ
Çernobıl: Öldürücü radiasiya onları niyə öldürmədi? - İnanılmaz gerçəklər
Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi