Bakıda sevdiyi qızın qaldığı binanın önündə fişəng atdı, kütləvi dava baş verdi - VİDEO
Ötən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib.
Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb.
Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri – polis mayoru Elşad Hacıyev açıqlama verib.
E.Hacıyev Publika.az-a bildirib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Şöbəsində araşdırma aparılır və tərəflərin izahatları alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı