Bakıda sabah hava 39 dərəcəyə çatacaq
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gündüz saatlarında 31-36° arasında dəyişəcək, lakin bəzi yerlərdə 39°-ə qədər yüksələ bilər.
Minval.info xəbər verir ki, gecə saatlarında temperatur 22-25° arasında olacaq. Şimal-qərb küləyinin gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın digər bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 34-39° arasında dəyişəcək, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° olacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi