Bakıda sərt karantin günlərində “avtoşluq” edən sürücü tutuldu - FOTO/VİDEO
Bakıda sərt karantin rejimi günlərində Nəsimi rayonunda manevr edən avtomobilin sahibi saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Avtomobil liznq şirkətinə məxsus olub. 99-SC-126 dövlət nömrə nişanlı avtomobili Kərimov Nicat Rövşən oğlu müqavilə yolu ilə idarə edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsindədir. Onun barəsində sənədlər toplanılaraq, Nəsimi Rayon Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Nəsimi rayonunda sürücünün boş küçədə avtomobillə təhlükəli manevrlər etməsini əks etdirən video yayılıb.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı