Bakıda sələmçi iş adamını təhdid edir: "Kriminal avtoritetlər işə qarışa bilər"
Ötən gün Bakının Nərimanov rayonunda hədələmə yolu ilə iri məbləğdə pul tələb edilməsi faktı qeydə alınıb. Belə ki, Biləsuvar sakinindən 600 min manat tələb edərək onu kriminal avtoritetlərlə hədələyirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən oxu.az-a verilən məlumata görə, sahibkar Murad Əsədov 2018-ci ilin noyabrında İsmayıl adlı şəxsdən faizlə 180 min manat alıb.
Zərərçəkən İsmayıla yarım milyon manat ödədiyini təsdiq edir, lakin sələmçi ondan əlavə olaraq 100 min manat ödəməsini tələb edir. Şantajçı deyib ki, əks təqdirdə sahibkarla kriminal avtoritetlər söhbət edəcək və M.Əsədov üçün yaxşı olmayacaq.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hazırda Nərimanov RPİ-nin əməkdaşları sələmçinin və onun kriminal ətrafının aşkar edilməsi istiqamətində işləyirlər.
Qeyd edək ki, mayın 28-də Nizami rayonunda 10 min manat borca görə bir kişi oğurlanıb. Artıq şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı