Bakıda ərəb turist evdə görüşdüyü qızı döydü
Bakıda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirən qadın polisə müraciət edib.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən 1994-cü il təvəllüdlü F.İsayeva mayın 31-də gecə saat 02:00 radələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı, 2000-ci il təvəllüdlü Avadh Saeed Alajeel tərəfindən döyüldüyünü bildirib.
O qeyd edib ki, tanış olduğu şəxslə Nəsimi rayonu Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən binadakı mənzildə görüşüb. Gecə saatlarında onların arasında münaqişə baş verib və ərəb turist 28 yaşlı qadını xuliqanlıq zəminində döyüb.
İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub.
Müraciətlə bağlı araşdırma aparılır (qafqazinfo).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – Kor olacaqdı – FOTO
Dilqəm Əsgərovun oğlu: “Atamdan xəbər ala bilmirəm”
İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi
Nazir rəisi vəzifəsindən azad edib inspektor təyin etdi
Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar - Fotolar
Ana-balanın öldüyü qəzanın baş verdiyi an - VİDEO
Məktəb direktoru qəza törətdi