Bakıda qızlara söz atan oğlanı oğurlayıb iki ay yarım zirzəmidə saxladılar - ŞOK VİDEO
Dostu ilə birlikdə Hövsan qızlarının ünvanına təhqiredici ifadə səsləndirdikləri video sosial şəbəkədə yayıldıqdan sonra yoxa çıxan 15 yaşlı Mehdixan tapılıb. Yeniyetmə məhz həmin videoya görə qaçırılıbmış.
Avqustun 11-də iki nəfər tərəfindən 132 saylı avtobusdan qaçırılan yeniyetmə 2 ay yarım qaranlıq zirzəmidə əsir saxlanılıb. Anası “Səni axtarıram” proqramında oğlunun hərəkətlərinə görə üzr istədikdən sonra onu sərbəst buraxmaq qərarına gəliblər.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Azadlığa çıxan Mehdixan efirə gələrək yaşadıqlarını danışıb:
“Arxada oturan iki oğlanın yanında oturmuşdum. Düşmək istəyəndə soruşdular ki, sən bu videodakı oğlansan? Hə dedim. Arxadan kəmərimdən tutub buraxmadılar. Dəmir yolu keçən kimi düşdük. Düşən kimi ağ maşın gəldi. Deyəsən əvvəlcədən danışmışdılar. Gözümü bağlayıb apardılar. Hara getdiyimizi bilmədim. Gözümü açanda qaranlıq yerdə olduğumu gördüm. Zirzəmi kimi yer idi. Gündə 2 sosiska-çörək, bir də su verirdilər. 2 aydan çoxdur oradaydım. Anamın sizin verilişdə üzr istədiyi videonu mənə göstərib dedilər ki, bir də belə qələt etmə. Gözümü bağlayıb haradan götürmüşdülərsə ora – dəmir yolun yanına gətirib buraxdılar. Dedilər ki, gördün də qeyrət söhbətinə görə nələr etmək olar? Tapşırdılar ki, bizim adımızı çəksən, evinizi başınıza uçurarıq”.
Həmin adamlar Mehdixanın özünə də üzr istədiblər.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov Elşən oğlu sözügedən video sosial şəbəkələrdə yayıldıqdan bir neçə gün sonra – 11 avqustda itkin düşmüşdü. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeniyetmə Suraxanı Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən axtarışa verilmişdi. Axtarışların nəticə vermədiyini görən M.Məmmədovun anası Aygün Qarayeva anası Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” proqramına üz tutub. Ana deyir ki, qəsəbə sakinləri Mehdixanı sonuncu dəfə 132 saylı avtobusda görüb.
Xatırladaq ki, avqust ayında sosial şəbəkələrdə Hövsan qızlarına qarşı qeyri-etik ifadələr işlədən iki gəncin videosu yayılmışdı. Videoda insanları qəzəbləndirən ifadələri 27 yaşlı İlkin Məmmədli işlədir, o bu sözləri deyərkən Mehdixan Məmmədov sadəcə qımışır. Bundan qəzəblənən kənd sakinləri İlkini üzr istəməyə məcbur etmişdi. Lakin Mehdixan videoda heç bir söz demədiyi üçün üzr istəməsinə ehtiyac olmamışdı. BAKU.WS
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı