Bakıda qazıntı işləri aparan şəxs 5 metrlik çuxura düşüb
Bakıda 5 metr dərinliyi olan çuxura düşən şəxs sağ qalıb.
Bu barədə Minval.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Metroda azyaşlı uşaqlar oğuranıb? - DİN-dən açıqlama
Xırdalanda yol çökdü, yük maşını çuxura düşdü - Foto
Tovuzda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulub
Kişi qardaşının arvadını döydü - Azərbaycanda
Zabrat körpüsündə ağır qəza: Xəsarət alanlar var - VİDEO
“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu (FOTO)
Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb - Foto