Bakıda Qaradağ rayonunda vulkan püskürdü
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında püskürmə baş verib. Bu təbiət hadisəsi güclü alovlanma ilə müşayiət olunub və ərazidə geoloji dəyişikliklərə səbəb olub.
Minval.info xəbər verir ki, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev vulkanın aktivliyi ilə bağlı ilkin müşahidə və qiymətləndirmə işlərinin aparıldığını bildirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. Hadisə nəticəsində ətrafda yaşayan sakinlər arasında narahatlıq yaranıb.
ƏLAQƏLİ
Ağ Ev yaxınlığındakı hücumun təfərrüatı bəlli oldu: 55 yaşlı həkim 1 milyonluq mənzilində
Hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür və vulkanın gələcək aktivliyi ilə bağlı proqnozlar hazırlanır. Yaxın günlərdə daha ətraflı məlumatın verilməsi gözlənilir.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb