Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu
Baku.ws-ın məlumatına görə, ötən gün Bakıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan ananın vəziyyəti ağır olaraq qiymətləndirilir. TƏBİB-in verdiyi məlumata əsasən, hadisə 3 noyabr 2026-cı il tarixində saat 09:40 radələrində qeydə alınıb.
Binəqədi rayonu ərazisində baş verən hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və dərhal təcili tibbi yardım briqadası hadisə yerinə göndərilib.
Hadisə nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü qadın və onun körpə övladı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ananın bədəninin bir neçə nahiyəsində sınıq diaqnozu qoyulub və onun müalicəsi mərkəzdə davam etdirilir. Vəziyyəti ağır olaraq qalır.
Körpənin, 2025-ci il təvəllüdlü oğlan uşağının isə başın açıq yarası diaqnozu ilə xəstəxanada ilkin tibbi yardımı göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə məqsədilə evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb