28.05.2020 - 12:45
Hadisə
16 baxış
Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO
Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.
Əməkdar idman ustası, kikboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu “Prins Baku” təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda “Audi” markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib.
Xəstəxanada müayinə zamanı məlum olub ki ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb araşdırma aparılır.
Xatırladaq ki, K.Şərifov 2015 ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı. (criminal.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
12.10.2026 - 14:54
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
12.10.2026 - 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
12.10.2026 - 13:14
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
12.10.2026 - 11:14
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
12.10.2026 - 10:34
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
11.10.2026 - 17:34
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
11.10.2026 - 16:24
