Bakıda "Priora" yaşlı qadını belə vurdu - Qadın qəsdən vurulub? - VİDEO
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman “Lada-Priora” markalı avtomobil onu vurur.
Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur. Xoşbəxtlikdən çox ağır xəsarət almır. Yerdən qalxaraq əks istiqamətdə qayıdır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Videoya diqqətlə baxdıqda sürücünün piyadanı qəsdən vurduğu mənzərəsi ortaya çıxır. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü ya qadını qəsdən vurur, ya da başı telefona qarışmışdı. Əks halda, ayırıcı zolağın üzərində dayanan qadını niyə vursun?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı