Bakıda özəl qəbiristanlıq yaradılıb - Qəbir yerləri neçəyədir?
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.
Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.
Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.
Bakı Şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən “Xəzər Xəbər”ə bildirdilər ki, Hövsan qəsəbəsində yalnız Dədə Qorqud qəbiristanlığı onların balansındadır. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məlumat verildi ki, sözügedən qəbiristanlıq nə onların, nə də ərazi bələdiyyəsinin tabeçiliyindədir.
https://youtu.be/K8-_aa0WK4I
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi