Bakıda özəl klinikada ölüm hadisəsi - Təfərrüat
Bakıda klinikada ölüm hadisəsi baş verib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, hadisə “Elmed” Klinikasında baş verib.
1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Klinikasına daxil olub və əməliyyata götürülüb.
H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.
Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, Elmed klinikası bundan əvvəl Faytonçu Nazımin yanlış müalicəsi ilə gündəmə gəlmiş və bu proses məhkəməyə qədər gedib çıxmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub
Qazaxda 17 yaşlı qız aldadılaraq qaçırılıb
Bakıda kriminal avtoriteti belə öldürdülər - VİDEO
Özünü 12-ci mərtəbədən atmaq istədi, xilas edildi - BAKIDA
Bakıda daha bir intihar: Qadın özünü 12-ci mərtəbədən atdı
Arvadını eyvandan ataraq öldürən şəxsin məhkəmə istintaqı başa çatıb
Bakıda evdən 5 nəfərin meyiti tapıldı