Bakıda nəqliyyat axınına maneə yaradan avtobus dayanacağının yeri dəyişdirilib
Bakıda nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, aparılan təhlillər nəticəsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağının nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı müəyyən edilib: “Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib”.
BNA-dan bildirilib ki, yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə – kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbi qulluqçu DTX-yə niyə şikayət etdi? – "Yolda Aygün adlı qadın..."
“Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur”
Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı – Siyahı
Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
Azərbaycanda məhkumlar ailələri ilə videogörüntü vasitəsilə danışa biləcək
Eldar Mahmudovun əmisi oğlunun işi: “MTN-də sözü müavinlərdən çox keçirdi”