Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərib.
“Minval.info” Real TV-yə istinadla xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb.
Hüquq Mühafizə orqanının əməkdaşları kafedə 8 nəfər müştərinin olduğunu aşkarlayıb. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da, polisin çevikliyi ilə həmin adam saxlanılıb
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
İçəridə isə iki kabinetdə müştərilərin olduğu aşkarlanıb. Ancaq onlar polisin gəlişindən xəbər tutaraq qaçıb. Stolun üzərində qalan hesab qaiməsi buna sübut idi. Digər kabinetdə isə bir nəfər qəlyan çəkirdi ki, polisin gəlişindən xəbər tutaraq qaçmağa çalışdı.
Kafedə müştəri qismində əyləşən 8 nəfər post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Səbail RPİ tərəfindən müəssisə rəhbəri barəsində toplanılan materiallar məhkəmə orqanına göndərilib. Müştərilərin hər biri İntizabatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı