Bakıda küçədə başından və qulağından qan axan kişi aşkarlandı - FOTO
Bakının Nərimanov rayonunda 50-55 yaşlı kişi huşsuz vəziyyətdə aşkarlanıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, bu gün 12:30 radələrində “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı 2-ci tabor 3-cü bölüyünün manqa komandiri, polis baş serjanti Kamran Əliyev xidmət apararkən 50- 55 yaşında kişi vətəndaşın səkidə hərəkət edərkən anidən yıxılmasını müşahidə edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ona yardım göstərmək üçün yaxınlaşan zaman vətəndaşın başından və qulağından qan axdığını müşahidə edib. Təcili Tibbi Yardım xidmətinə zəng edilib, onlar gələnə kimi vətəndaşa kömək edilib.
Daha sonra vətəndaş xəstəxanaya aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı