Bakıda koronavirusa görə bağlanan məktəb və liseydə əyani dərslər bərpa olunub
Bakıda yerləşən 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Minval.info-ya verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.
Minval.info-ya xəbər verir ki, Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.
Qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qəbul olunub.
Xatırladaq ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən lisey noyabrın 12-dən distant tədrisə keçmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya qırıcısı Ukraynanın "S-300"nü vurdu - VİDEO
ATV-nin keçmiş prezidenti Bodrumda çılpaqlar çimərliyi açdı
“Balam mənlə sağollaşmadı, dedi qayıdacaq” - Videoreportaj
Səhiyyə naziri: "Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur"
İsrail iyunda bu ölkəyə HÜCUM EDƏCƏK - ŞOK İDDİA
Fazil Mustafa: “İnsanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”