Bakıda kişi dostları ilə birləşib sevgilisinə təcavüz etdi
Polis Bakıda qrup halında qadına qarşı edilən təcavüz şikayətini araşdırır.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, fevralın 17-də 32 yaşlı Maştağa qəsəbə sakini Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.
Qeyd olunur ki, fevralın 16-da, saat 03:20 radələrində sevgilisi olan Etibar adlı şəxslə bərabər bir neçə nəfər onun mənzilinə daxil olub.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Qadın bildirir ki, kişilər tərəfindən döyüləndən sonra o, məcburi şəkildə avtomobilə mindirilərək Xəzər rayonu Binə kəndində yaşayan Ruslan adlı şəxsin evinə aparılıb.
Şikayətdə göstərilir ki, qadın orada beş kişi tərəfindən təcavüzə məruz qalıb. Fevralın 17-nə keçən gecə sərbəst buraxılan qadın polisə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. Əldə edilən məlumatlar toplanılaraq Xəzər rayon Polis İdarəsinə və Prokurorluğuna göndəriləcək.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Hələlik qrup şəklində zorlanma faktı təsdiqini tapmadığına görə hadisə ilə əlaqədar cinayət işi açılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək