Bakıda kişi arvadı ilə baldızını niyə doğradı? - AMANSIZ CİNAYƏTİN TƏFƏRRÜATI
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda həyat yoldaşı və baldızını bıçaqlayan 1981-ci il təvəllüdlü Samiq Quliyev tutulub.
Publika.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Biləcəridə 2 qadına çoxsaylı zərbələr endirən şəxs tutularaq istintaqa təhvil verilib.
Bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İlkin araşdırma zamanı məlum olub ki, Kürdəmir rayon sakini olan 30 yaşlı Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan S.Quliyev həyat yoldaşı ilə 32 yaşlı baldızı Roza Mahmudovaya hücum edib. O, həyat yoldaşını öldürmək üçün ona 14, baldızına isə 9 abıçaq xəsarəti yetirib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2 bacıdan Roza vəfat edib. Rühəngizin müalicəsi isə davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı