Bakıda hərbi geyimdə evlərə girən şəxs tutuldu - VİDEO
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb.
Minval.info xəbər verir ki, polis idarəsində ifadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib. Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.
Qeyd olunan faktlarla bağlı şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Bakı şəhər Baş Polis İdarəsi və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
Minval.info
https://www.youtube.com/watch?v=cTtFb1CPhi8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı



