Bakıda həkimlər xəstəxanada Yeni il şənliyi keçirdilər: xəstə yaxınları etiraz etdi

Bakıda xəstəxanada Yeni il şənliyi keçirilib.
Minval.İnfo xəbər verir ki, bu barədə xəstə yaxınları BAKU.WS-ə şikayətlərində bildiriblər. Vurğulanır ki, Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxanada həkimlər və işçilər bayram şənliyi keçiriblər.
Qeyd edilir ki, şənlik zamanı musiqinin səsi yüksək olub. Bu da xəstələrə mane olub. Bununla bağlı şikayət etsələr də, işçilər bildiriblər ki, xəstəxananın baş həkimi Fazil Xəlilov Yeni il şənliyinin keçirilməsinə icazə verib.
Məsələyə aydınlıq gətirmək üçün xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın növbətçi həkimi Akif Xəlilov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, xəstəxananın 5-ci mərtəbəsində, əməliyyat blokunda şənlik keçirilib.
“Həqiqətən də, bu gün işçilər kiçik şənlik keçiriblər. Bu gün əməliyyatımız olmayıb. Bu səbəbdən də, Yeni il şənliyi 5-ci mərtəbədə, “əməliyyat bloku”nda baş tutub. Xəstəxanada elə də səs-küy olmayıb. Yeni il şənliyinin keçirilməsinə xəstəxananın rəhbərliyi icazə verib. Hardasa şənlik 1 saat çəkib. Xəstələrə heç bir narahatlıq olmayıb”, – deyə Akif Xəlilov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!