Bakıda güclü külək xəbərdarlığı
Xəbər verdiyimiz kimi martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Eyni zamanda güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Bu gün isə İnternetin Azərbaycan seqmentində küləklə bağlı xəbərdarlığı əks etdirən səs yazıları yayılıb.
Oxu.Az-ın məlumatına görə, səs yazılarında bildirilir ki, martın 30-da ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək.
Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir:
“Uşaqların məktəbə getməsini tövsiyyə etmirəm. Maşəınları ağacların altında binalara yaxın yerlərdə saxlamayın” – deyə səs yazısında qeyd edilir. İkinci səs yazısı isə dənizdə işləyənlərə ünvanlanıb. Təhlükəli hidrometroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək.
Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr-saniyə olacaq. Dağlğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qalxacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı