Təhsil Nazirliyi tələbə və şagirdlərə xəbərdarlıq edib
Təhsil Nazirliyi proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar tələbə və şagirdlərə xəbərdarlıq edib.
Minval.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.
“Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur”, – deyə məlumatda bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mütəxəssisdən Bakıdakı sürüşmə ilə bağlı SOS
Seyid Talehdən "2000 manata toylara gedir" xəbərinə REAKSİYA
Hadi Rəcəbli: “Bu qədər şərəfsiz, vicdansız hərəkət etmək olmaz”