05.09.2026 - 16:14
Ölkə 4 baxış

Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı

Azərbaycanın istedadlı xizəkçisi Zahit Cəfərov, Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda uğurla çıxış edərək, FIS Kontinental Kubokuna vəsiqə qazanıb.

Minval.info xəbər verir ki, Zahit Cəfərov yarışda 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub. Bu nəticə ona xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna qatılmaq imkanı verib. Yarışda ümumilikdə 11 ölkədən 57 idmançı iştirak edib.

Yarış sentyabrın 4-5-də baş tutub və Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən dəstəklənib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: