Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO
“Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb”.
Minval.info xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.
Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı