Bakıda güclü külək 3 ağacı kökündən çıxardı
Bakıda müşahidə edilən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 3 sağlam ağac kökündən çıxaraq aşıb.
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ağaclar Səbail, Nəsimi və Yasamal rayonlarinda aşıb:
“Yasamal və Xətai rayonlarında ağaclar təmiz əraziyə aşsa da, Nəsimi rayonunda (köhnə “Bakı” mehmanxanasının qarşısı, keçmiç “İliç” bağı) ağac dayanacağın üzərinə aşıb. Aşan ağaclar qarağac, qovaq və tut ağacları olub”.
Şöbə rəisi ümumilikdə güclü küləklə əlaqədar Bakıda 30-a yaxın ünvanda ağacların budaqlarının sındığını söyləyib.
O.Məmmədov hazırda heyətin gücləndirilmiş iş şəraitində çalışdığını da nəzərə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada