Bakıda gəlin qayınatasını qətlə yetirdi
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Minval.info APA-ya istinadən xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.
Ə.Səmədovun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihar məqsədilə özü özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Ə.Səmədov sərxoş vəziyyətdə gəlini ilə mübahisə edib. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı